Şura: Mediada hüquqların qorunması ilə bağlı nöqsanlar var

Şura: Mediada hüquqların qorunması ilə bağlı nöqsanlar var
# 30 may 2023 10:51 (UTC +04:00)

Mediada hüquqların qorunması ilə bağlı müəyyən nöqsanlar var.

APA xəbər verir ki, bunu “Audiovizual mediada uşaq hüquqlarının qorunması” tədbirində Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov deyib. O bildirib ki, həmin qüsurlar ictimaiyyəti narahat edir:

"Bu sahədə birbaşa Audiovizual Şura özü monitorinq aparmasa da, ümumilikdə monitorinqlər keçirilir və araşdırmalar aparılır. Bəzən monitorinqdə aşkarlanmayan pozuntular şikayət əsasında müəyyən edilir və pozuntulara görə yayım dayandırılır. Yayımçı üçün yayımın dayandırılması maliyyə baxımından ağırdır. Eyni zamanda izləyici də bilir ki, bu cür məsələr diqqətdə saxlanılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR