Şura: Təhsil sistemində media savadlılığı ilə bağlı tədrisə ehtiyac var

Şura: Təhsil sistemində media savadlılığı ilə bağlı tədrisə ehtiyac var
# 30 may 2023 11:33 (UTC +04:00)

Son illərdə Azərbaycanda media savadlılığı baxımından böyük addımlar atılıb.

APA xəbər verir ki, bunu “Audiovizual mediada uşaq hüquqlarının qorunması” tədbirində Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov deyib. Onun sözlərinə görə, media savadlılığı artdıqca sadalanan bir çox problemlər, nöqsanlar öz həllini tapacaq:

"Azərbaycan təhsil sistemində media savadlılığı ilə bağlı tədrisə ehtiyac var. Məktəb və universitet tələbələri üçün dərsliklərə bunun bir bölmə kimi salınması mümkündür. Bununla biz mediada gedən materiallara tənqidi yanaşma formalaşdıra və bir çox problemlərin qarşısını ala bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR