Tanınmış jurnalist Araz Zeynalov vəfat edib

Tanınmış jurnalist Araz Zeynalov vəfat edib
# 03 avqust 2022 22:40 (UTC +04:00)

Tanınmış jurnalist Araz Zeynalov vəfat edib.

APA xəbər verir ki, Vesti.az saytının baş redaktorunun müşaviri Araz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

A.Zeynalov rusdilli vesti.az saytının ilk baş redaktoru olub. O, uzun illər vesti.az saytına rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.

Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.

"APA Media Group" Araz Zeynalovun vəfatından dərin kədər və üzüntüsünü ifadə edir. Dəyərli həmkarımızın ailəsinə, yaxınlarına və media camiəsinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR