Tanınmış jurnalist Məzahir Süleymanzadə vəfat edib - VİDEO

Məzahir Süleymanzadə

© APA | Məzahir Süleymanzadə

# 11 may 2022 09:46 (UTC +04:00)

Tanınmış jurnalist, “Səhər” qəzetinin təsisçisi və baş redaktoru olmuş Məzahir Süleymanzadə vəfat edib.

Bu barədə APA-ya mərhumun qardaşı Mahir Süleymanov məlumat verib.

Məzahir Süleymanzadə mayın 10-da 70 yaşında dünyasını dəyişib.

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvəllərində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Müxtəlif illərdə “Leninskoe znamya”, “Krasnaya zvezda”, “İdman” – “Sport” qəzetlərində, “Sovetski voin” jurnalında çalışıb.

“Kommunist” qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan “Səhər” qəzetini təsis edib.

Məzahir Süleymanzadə, həmçinin, çoxsaylı kitablar müəllifidir.

1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, həmçinin “Araz” Ali mükafatına layiq görülüb,

1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.

Məzahir Süleymanzadə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR