TDT Baş katibinin müavini: Dezinformasiya ilə mübarizədə əməkdaşlığı gücləndirməliyik

TDT Baş katibinin müavini: Dezinformasiya ilə mübarizədə əməkdaşlığı gücləndirməliyik
# 27 oktyabr 2022 10:19 (UTC +04:00)

“Fərqli sahələrdə əməkdaşlıqların bizi gələcəkdə bütün sahələrdə yaxınlaşdıracağını bilirik”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında TDT-nın Baş katibinin müavini Ömər Kocaman deyib.

O qeyd edib ki, bu gün türk dövlətlərinin ortaq iradəsi ilə həyata keçirilən bu addımlar təşkilatın gücünü artıracaq: “Bu gün audiovizual sahədə əməkdaşlığımız digər sahələrdəki münasibətlərimizi də yaxınlaşdıracaq. TDT olaraq gələcəkdə dezinformasiya ilə mübarizədə audiovizual sahədə əməkdaşlığı daha da inkişaf etdirməliyik. Bundan 15 il əvvəl həyatımızda olmayan bütün reallıqları kökündən dəyişdirən media ordusu ilə qarşı-qarşıyayıq. Qara propaqanda fəaliyyətlərinə qarşı mübarizəni də gücləndirməliyik. Dezinformasiyaların, bizə qarşı qarayaxma kampaniyasının artdığı bu dövrdə audiovizual sahədə əməkdaşlığı artırmaq TDT-yə üzv dövlətlər üçün kritik əhəmiyyətə malikdir. Audiovizual medianın düzənlənməsi keçmişdə olduğundan daha çox önəmə sahibdir. Türk dünyası içindəki məsafələr artıq mövcud əməkdaşlıqlarla qısalıb. Məsafələr qısalarkən azadlıq və təhlükəsizlik arasında əlaqədə balansı qorumalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR