TDT-nin Audiovizual Tənzimləyici Orqanlarının Forumunun Türkiyədə keçirilməsi təklif edilib

TDT-nin Audiovizual Tənzimləyici Orqanlarının Forumunun Türkiyədə keçirilməsi təklif edilib
# 27 oktyabr 2022 12:34 (UTC +04:00)

"Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun gələn il Türkiyədə keçirilməsini təklif edirəm”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) başqanı Əbubəkir Şahin deyib:

"Gələn il Türkiyədə daha əhatəli şəkildə TDT-yə üzv və müşahidəçi ölkələrin yaradılan Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun ilk iclasını keçirək".

Təklif üzv ölkələr tərəfindən də dəstəklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR