TƏBİB jurnalist Aygün Əliyevanın vəziyyəti ilə bağlı məlumat yayıb

TƏBİB jurnalist Aygün Əliyevanın vəziyyəti ilə bağlı məlumat yayıb
# 28 fevral 2023 12:34 (UTC +04:00)

Jurnalist Aygün Əliyevanın müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavabda bildirilib.

Qeyd edilib ki, fevralın 27-i saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən 1982-ci il təvəllüdlü Aygün Əliyevanın vəziyyəti stabildir: “Hazırda müalicəsi davam etdirilir".

Xatırladaq ki, fevralın 27-də AZƏRTAC-ın sabiq əməkdaşı Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR