TƏBİB: Jurnalist Ceyhun Əsgərovun davamlı müalicə alması şərtdir

TƏBİB: Jurnalist Ceyhun Əsgərovun davamlı müalicə alması şərtdir
# 05 avqust 2022 17:35 (UTC +04:00)

“Ceyhun Əsgərovun ünvanına Təcili Tibbi Yardım Briqadası göndərilib".

APA xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat katibi Zamirə Ədilovanın jurnalist Ceyhun Əsgərovun səhhəti ilə bağlı yaydığı məlumatda qeyd olunub.

“Ceyhun Əsgərovla bağlı bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur”, - o vurğulayıb.

Qeyd edək ki, Ceyhun Əsgərov Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR