Təkzib və düzəliş verilməsi qaydalarını pozan media subyektləri 1500 manatadək cərimələnəcək

Təkzib və düzəliş verilməsi qaydalarını pozan media subyektləri 1500 manatadək cərimələnəcək
# 19 yanvar 2023 10:01 (UTC +04:00)

Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydalarının pozulmasına görə cərimə müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR