Tovuzda 13 yaşlı qızın itkin düşməsi xəbəri ilə bağlı bəzi yayımçılara xəbərdarlıq göndərilib

Tovuzda 13 yaşlı qızın itkin düşməsi xəbəri ilə bağlı bəzi yayımçılara xəbərdarlıq göndərilib
# 30 may 2023 12:26 (UTC +04:00)

Bəzi yayımçılara artıq bildiriş və xəbərdarlıq göndərilib.


APA xəbər verir ki, bunu “Audiovizual mediada uşaq hüquqlarının qorunması” tədbirində Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov deyib.

O, Tovuz rayonunda 13 yaşlı qızın itkin düşmə xəbərindən sonra onunla bağlı xəbərlərdə üzünün açıq göstərilməsi, adının və ünvanının dəqiq qeyd edilərək məlumatlarının yayılması barədə danışarkən bildirib ki, bununla bağlı araşdırmaları davam etdirirlər.

"Təəssüf ki, bəzi yayımçılar arasında bu cür neqativ hallara yol verənlər olur. Biz də bununla bağlı bəzi yayımçılara artıq bildiriş və xəbərdarlıqlar göndərmişik. Araşdırmalarımızı davam etdiririk", - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR