Vahid jurnalist vəsiqəsi üçün 20 manat tələb olunmasının səbəbi açıqlanıb

Vahid jurnalist vəsiqəsi üçün 20 manat tələb olunmasının səbəbi açıqlanıb
# 14 oktyabr 2022 18:16 (UTC +04:00)

“Media Reyestrində 20 manata qeydiyyat anlayışı yoxdur”.

APA xəbər verir ki, bunu Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli canlı yayımda deyib.

O bildirib ki, 20 manat jurnalist vəsiqəsinin hazırlanmasına tələb olunan məbləğdir.

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova isə qeyd edib ki, bu, jurnalistlərə təqdim edilən bir xidmətdir: “Qeyd edilən məbləğ də jurnalist vəsiqəsinin yüksək standartlara cavab verən formada hazırlanması üçündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR