Xəzər Media Mərkəzi ilə ADMİU arasında memorandum imzalanıb

Xəzər Media Mərkəzi ilə ADMİU arasında memorandum imzalanıb
# 01 fevral 2023 15:02 (UTC +04:00)

Xəzər Media Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında memorandum imzalanıb.

APA xəbər verir ki, memorandumu Xəzər Media Mərkəzinin Baş direktoru, Azərbaycanın Xalq artisti Murad Dadaşov və ADMİU-nun rektoru, professor Ceyran Mahmudova imzalayıb.

Memorandumun məqsədi ADMİU və Xəzər Media Mərkəzi arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə uyğun şəkildə ADMİU-nun müəllim və tələbələri arasında elmi-praktik məlumatların artırılmasını təmin etmək, rejissorluq, operator, bədii yaradıcılıq, dizayn, təsviri sənət və digər sahələrdə təhsil alan gənclərin bilik və bacarıqlarının davamlı inkişaf etdirmək üçün layihələrin birgə icrası, onların müvafiq sahələr üzrə istehsalat təcrübələrinin təşkil edilməsidir.

Xəzər Media Mərkəzinin əməkdaşlarının ixtisas və biliklərinin daha da artırılması üçün tərəflər arasında əməkdaşlığın qurulması, ADMİU tərəfindən irəli sürülən və ictimai əhəmiyyət kəsb edən təşəbbüslərə media dəstəyinin göstərilməsi, ümumi maraq doğuran digər tədbirlərin həyata keçirilməsi də memorandumda əksini tapıb.

Görüşdə ADMİU tərəfindən hazırlanmış filmlər nümayiş olunub.

Görüşün sonunda Murad Dadaşov bildirib ki, bu gündən etibarən ADMİU-nun rəhbərliyi ilə bir neçə işçi qrupu yaradılıb: “Dəyərli mütəxəssislər kanalımıza dəvət olunacaq və Xəzər Media Mərkəzində birgə fəaliyyətə başlayacaq. Bir xüsusi vurğuladığım məsələ də odur ki, biz faktiki olaraq bu sənəd vasitəsilə tələbələrimizi konkret olaraq işlə təmin etməyə hazır olduğumuzu bildirmişik”.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Xəzər Media Mərkəzi ilə qarşılıqlı əməkdaşlığın fayda verəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR