"Xəzər Xəbər" "Zəfər-44: Savaş Gündəliyi" adlı video-dərslik hazırlayıb - VİDEO

Xəzər TV

© APA | Xəzər TV

# 11 noyabr 2022 12:34 (UTC +04:00)

"Xəzər Xəbər" "Zəfər-44: Savaş Gündəliyi" adlı xüsusi layihə hazırlayıb.

APA xəbər verir ki, layihə Vətən müharibəsinin 2-ci ildönümündə efirə çıxıb.

Layihədə Murovdan başlayan döyüş əməliyyatları addım-addım izlənilib, Şuşaya qədər davam edən Böyük Zəfər yolunun bəzi təfərrüatları işıqlandırılıb.

Layihə çərçivəsində Vətən müharibəsinin sənədli video-xronikası yaradılıb, 5 döyüş generalı, 15 Vətən Müharibəsi Qəhrəmanı, 20 hərbi hissə komandiri, Vətən müharibəsinin 100-dən çox iştirakçısından müsahibələr götürülüb. Ən çox hərbi əməliyyatların keçirildiyi Füzulinin addım-addım azad olunması, Ağdam və Qırmızı Bazarın danışılmayan şiddətli döyüşləri hər gün keçirilən əməliyyatlarla təqdim edilib.

44 gündə baş verənlərin real mənzərəsi yaradılmaqla, həm də video-dərslik ortaya qoyulub.

Hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli deyir ki, gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində belə əyani vəsaitlərin xüsusi rolu var.

Çəkilişlər 3 aydan artıq müddətdə döyüşlərin getdiyi ərazilərdə aparılıb. Xüsusi reportaj formatında baş tutan çəkilişlərdə bütün cəbhəboyu döyüş əməliyyatlarına yer verilib. Eyni zamanda informasiyalar bir neçə mənbədən dəqiqləşdirilib. Xüsusi təyinatlıların müəyyən məxfi əməliyyatlarının açılması, bəzi erməni hiylələrinin ifşa edilməsi, hərb elminə yenilik kimi yazılan bir sıra əməliyyatların təfərrüatları ilk dəfə bu reportajlarda yayımlanıb. Böyük tamaşaçı rəğbətini qazanan xüsusi reportajlar sosial media və Azərbaycanın internet seqmenti ilə yanaşı, Ermənistan vətəndaşları arasında da kifayət qədər izləyici kütləsi toplaya bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR