Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

Cuanşer Burçuladze, Zakir Həsənov

© APA | Cuanşer Burçuladze, Zakir Həsənov

# 22 dekabr 2021 15:51 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bununla bağlı sənəd Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə imzalanıb.

Görüşdə tərəflər hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR