Britaniyalı parlamentari: İnanıram ki, Ukrayna mina təmizlənməsində Azərbaycanın yol xəritəsindən nümunə götürəcək

Britaniyalı parlamentari: İnanıram ki, Ukrayna mina təmizlənməsində Azərbaycanın yol xəritəsindən nümunə götürəcək
# 26 may 2023 11:39 (UTC +04:00)

Minalar ölkələrin inkişafına ciddi mane törədir.

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransın panel müzakirəsində çıxışı zamanı Britaniya Parlamentinin üzvü Metyu Offord deyib.

O, Vyetnamda, Kambocada olan minaları nümunə gətirərək deyib ki, bu problem illər ərzində bu ölkələrin inkişafına ciddi problem yaradıb: "Ona görə də, haqlı olaraq minaların təmizlənməsi dayanıqlı inkişaf məqsədlərindən biridir. Eyni zamanda, bu proses böyük maliyyə vəsaiti tələb edir. Mən təqdir edirəm ki, Azərbaycan hökuməti bu məsələni milli prioritetə çevirib. Ölkənin tərəqqisi üçün minaların təmizlənməsi vacibdir. Azərbaycan təcrübəsi digər ölkələr üçün nümunə ola bilər. Mən inanıram ki, Ukrayna minaların təmizlənməsi ilə bağlı Azərbaycanın yol xəritəsindən nümunə götürəcək".

O vurğulayıb ki, digər əsas hədəf minalardan təmizlənmiş ərazilərin işlədilməsidir, bu ərazilərdən faydalanmaqdır: “Bizlər bu problemi həll etməli, gələcək nəsillər üçün saxlamamalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR