Erməni diversant qrupu Zəngilan istiqamətində sərhədi yarmağa cəhd edib, iki diversant tutulub - YENİLƏNİB

Erməni diversant qrupu Zəngilan istiqamətində sərhədi yarmağa cəhd edib, iki diversant tutulub - YENİLƏNİB
# 26 may 2023 20:36 (UTC +04:00)

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.

DSX-dan APA-ya verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

***

20.19

Bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.

APA xəbər verir ki, erməni diversantlarının cəhdinin qarşısı alınıb.

Ordumuz tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib və iki diversant saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR