Keçmiş müharibə jurnalisti: Ağdamda gördüklərimdəm təsirləndim

Keçmiş müharibə jurnalisti: Ağdamda gördüklərimdəm təsirləndim
# 26 may 2023 12:12 (UTC +04:00)

“Minatəmizləmə sahəsində ölkələr Azərbaycan təcrübəsindən öyrənə bilər".

APA xəbər verir ki, bunu "IVoive Communications"un təsisçisi, keçmiş müharibə jurnalisti Adriana Aristizabal jurnalistlərə açıqlamasında deyib.

"Bu konfransın mövzusu çox vacibdir, çünki bu aktual məsələdir. Azərbaycan, Kolumbiya, İsrail kimi ölkələr bu problemdən illər boyu əziyyət çəkib. Dünən Ağdamda gördüklərimdən, Azərbaycanın mina təmizləmə işləri sahəsində gördüyü işlərdən təsirləndim.

Azərbaycan dayanıqlı ölkədir. Ekspertlərlə söhbətimdə bildirdilər ki, bu ərazilərdə 1 milyona yaxın basdırılmış mina var. Ölkələr minatəmizləmə ilə bağlı Azərbaycan təcrübəsindən öyrənə bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR