“Sülhün kökləri”: Azərbaycan ərazilərində 1 milyona yaxın mina və PHS basdırılıb

“Sülhün kökləri”: Azərbaycan ərazilərində 1 milyona yaxın mina və PHS basdırılıb
# 26 may 2023 10:54 (UTC +04:00)

"Sülhün Kökləri" təşkilatının təsisçisi və rəhbəri Heydi Kühn Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına onlayn müraciət ünvanlayıb.

APA xəbər verir ki, o, bir müddət əvvəl Azərbaycana səfərini xatırladaraq deyib ki, səfər çərçivəsində minalardan əziyyət çəkmiş insanların, qadınların acı hekayələrini eşidib, onları dinləyib.

“Biz minalanmış əraziləri bağlara çevirməliyik. Bu gün 60-a yaxın ölkə 100 milyona yaxın mina və partlamamış sursatla çirklənib. Azərbaycan da bu ölkələrdən biridir. Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış hərbi sursat basdırılıb.

Biz minaların təmizlənməsi və yenilərinin basdırılmasının qarşısını almaq üçün birləşməli, işləməliyik. Biz insanlıq üçün birləşməliyik”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR