Dövlət başçısı: İndiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib

Dövlət başçısı: İndiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib
# 26 may 2023 13:57 (UTC +04:00)

İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaşımız mina qurbanı olmuş, onlardan 57-si həlak olmuş, 245-i isə ağır yaralanmışdır.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirilir.

“Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkmiş, onlardan 587-si həyatını itirmişdir. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər”, - müraciətdə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR