Emoməli Rəhmon Azərbaycan Prezidentinə zəng edib

Emoməli Rəhmon və Prezident İlham Əliyev

© APA | Emoməli Rəhmon və Prezident İlham Əliyev

# 24 dekabr 2021 12:33 (UTC +04:00)

Dekabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Emoməli Rəhmon Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Tacikistan Prezidentinə təşəkkür edib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Tacikistan ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR