Ərdoğan TDT Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyib

Ərdoğan TDT Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyib
# 15 mart 2023 23:02 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan TDT Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyib.

APA-nın xəbərinə görə, Türkiyə lideri bunu Ankarada keçirilən ikitərəfli görüşdə bildirib.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyə dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirdi.

Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edildi, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulandı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR