Həştərxan vilayətinin qubernatoru Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 dekabr 2021 13:10 (UTC +04:00)

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu,

Sizə ən yüksək ehtiramımı və yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu təntənəli və şad gününüzdə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uğurlar, tükənməz enerji, çoxşaxəli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.

Siz haqlı olaraq dünyamiqyaslı nüfuzlu siyasi xadimlərdən biri hesab edilirsiniz. Azərbaycan Respublikasının Prezidenti vəzifəsində uğurlu fəaliyyətiniz bunu təsdiq edir. İqtisadi baxımdan firavanlaşan dövlətin təşəkkülünə və xalqın rifahının yüksəldilməsinə yönəlmiş əməyiniz Sizə təkcə doğma ölkənizdə deyil, onun hüdudlarından kənarda da layiqli hörmət qazandırıb.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında ən müxtəlif fəaliyyət sahələrində dostluq əlaqələrinin inkişafına Sizin şəxsi töhfənizi qiymətləndirmək çətindir. Bizim qarşılıqlı faydalı ticari-iqtisadi və mədəni əməkdaşlığımız uzun illər boyu inkişaf edir və möhkəmlənir.

Fürsətdən istifadə edib Həştərxan vilayətinə göstərdiyiniz diqqətə, birgə layihələri fəal dəstəklədiyinizə, səmərəli qarşılıqlı inteqrasiya fəaliyyəti üçün ürəkdən çalışdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.

İcazə verin, Sizi bir daha təbrik edim və firavanlıq, tərəqqi, Azərbaycanın rifahı naminə nəzərdə tutduğunuz bütün planların və təşəbbüslərin həyata keçməsini diləyim".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR