İtaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Sercio Mattarella, Prezident İlham Əliyev

© APA | Sercio Mattarella, Prezident İlham Əliyev

# 25 dekabr 2021 17:09 (UTC +04:00)

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da birgə səylərimizlə inkişaf edəcək.

Zati-aliləri Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR