Maya Sandu Prezident İlham Əliyevi təbrik edib

Maya Sandu və Prezident İlham Əliyev

© APA | Maya Sandu və Prezident İlham Əliyev

# 23 dekabr 2021 15:33 (UTC +04:00)

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir və cansağlığı arzulayıram.

Bu yaxınlarda Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilmiş görüşümüzdə açıq və konstruktiv söhbətimizi xatırlayıram.

Bu əlamətdar günlə əlaqədar əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə ölkələrimizin, xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR