Prezident İlham Əliyev 2022-ci il üçün yaşayış minimumunu təsdiq edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 dekabr 2021 18:18 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanunu təsdiq edib.

APA-nın məlumatına görə, qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR