Prezident İlham Əliyev: Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıb

Prezident İlham Əliyev: Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıb
# 26 may 2023 13:56 (UTC +04:00)

Bugünkü konfransın mövzusu Azərbaycan üçün və ümumiyyətlə bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer almışdır.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirilir.

“2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymuşdur. 44 günlük Vətən müharibəsində ölkəmiz tarixi Zəfər qazanmışdır. Ermənistanın otuzillik təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuş, etnik təmizləməyə məruz qalmış, kəndlərimiz, şəhərlərimiz yerlə-yeksan edilmiş, xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir.

Ermənistan bununla kifayətlənməyib işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır”, - müraciətdə qeyd olunub.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR