Ümumdünya Gömrük Təşkilatının Baş katibi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
# 26 may 2023 17:35 (UTC +04:00)

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Sizi və Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Ümumdünya Gömrük Təşkilatının adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Siz bu əlamətdar bayramı Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi bir vaxtda qarşılayırsınız.
O, yüksək səviyyəli gömrük xidmətinin əsasının qoyulmasını Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasının və daha da inkişaf etidirilməsinin ən vacib amillərindən biri hesab edirdi.

Bu fürsətdən istifadə edərək, Ümumdünya Gömrük Təşkilatının Azərbaycanla tərəfdaşlığının gücləndirilməsinə Zati-alinizin töhfələrinə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bu gün Sizin rəhbərliyinizlə və Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi öz fəaliyyətini müasirləşdirməkdə davam edir.

Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirmək üçün yaxın gələcəkdə Zati-alinizlə qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün görüşmək fürsətini səbirsizliklə gözləyirəm.

Cənab Prezident, xahiş edirəm, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul edin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR