Xorvatiyanın keçmiş Prezidenti dövlət başçısını təbrik edib

Stepan Mesiç

© APA | Stepan Mesiç

# 24 dekabr 2021 14:13 (UTC +04:00)

Xorvatiya Respublikasının sabiq Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, əziz dost.

Sizə möhkəm cansağlığı və yeni ildə bütün sahələrdə uğurlar arzulayıram. Siz həm iqtisadi, həm də hərbi baxımdan güclü və qüdrətli, beynəlxalq münasibətlərdə əhəmiyyətli mövqeyə malik bir ölkənin Prezidenti kimi şərəfli bir vəzifə daşıyırsınız.

Bu gün dünya bir müddət əvvəl təsəvvür etmədiyimiz bir sıra çətinliklərlə üz-üzədir. Gələcəyimiz hamımızın, yəni bütün dünyanın həmin çətinlikləri necə dəf edəcəyindən asılıdır.

İcazə verin, doğum gününüz münasibətilə Sizə ən səmimi hisslərlə şəxsi səadət, eləcə də xalqınızın rifahı naminə yorulmadan göstərdiyiniz səylərin yerinə yetirilməsi zamanı qaçılmaz olan bütün problemlərin həllində uğurlar arzulayım".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR