YBƏA-nın Azərbaycana ayırdığı kreditdən istifadə müddəti artırılıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 dekabr 2021 18:17 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında” qanunu təsdiq edib.

APA-nın məlumatına görə, Kredit Sazişinə əsasən, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (YBƏA) Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi"nin həyata keçirilməsinə 32 milyard 851 milyon Yapon yeni məbləğindən artıq olmayan vəsaiti borc verməyə razılaşıb.

Kredit sazişi çərçivəsində vəsaitlərinin ən son istifadəsi Kredit Sazişinin qüvvəyə minməsi tarixindən 8 il sonra eyni ay və gün tarixindən gec olmayaraq yerinə yetirilməli idi. Başqa sözlə, Kredit Sazişi çərçivəsində vəsaitlərin istifadəsi 2017-ci ildə başa çatmalı idi.

Qanuna əsasən, YBƏA və Azərbaycan Respublikası Hökuməti arasında digər formada razılaşdırılmadığı halda Kredit Sazişi üzrə son istifadə qüvvəyə minmə tarixindən etibarən 30 dekabr 2021-ci il tarixinədək yerinə yetiriləcək. İstifadə müddəti başa çatandan sonra YBƏA tərəfindən heç bir növbəti istifadə üzrə ödəniş həyata keçirilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR