Alman həkim: "Virusun yayılması üçün Tokio-2020-dən yaxşı şərait ola bilməz"

Alman həkim: "Virusun yayılması üçün Tokio-2020-dən yaxşı şərait ola bilməz"
# 22 mart 2020 14:02 (UTC +04:00)

Almaniyanın Halle şəhərində yaşayan almaniyalı həkim Aleksander Kekule maraqlı fikirlərlə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, Tibbi Mikrobiologiya İnstitutunun direktoru olan professor Kekule yerli kanallardan birinə açıqlamasında Tokio-2020 Yay Olimpiya Oyunlarının bu il keçirilməsinin mümkün olmadığını söyləyib.

Onun proqnozuna görə, Olimpiadanın təşkil olunacağı Yaponiyada koronavirus pandemiyası tezliklə sürətlə yayılmağa başlayacaq: "Bütün dünyadan azarkeş kütləsinin qatılması gözlənilən bir yarışı keçirmək barədə hələ də düşünmələri böyük məsuliyyətsizlikdir. Virusun yayılması üçün bundan daha yaxşı şərait ola bilməz. Olimpiadanın gələn ilə təxirə salınması barədə tezliklə müzakirə aparılmalı və yekun qərar çıxarılmalıdır".

Kekule həmçinin futbol oyunlarının bu il ərzində azarkeşsiz keçirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda o, sentyabra qədər futbol matçlarının baş tutacağına inanmır: "2020-ci ildə azarkeş önündə futbol oynamaq mümkün görünmür. Əgər virusun yayılma sürəti azalarsa, sentyabrdan etibarən qarşılaşmalar azarkeşsiz keçirilə bilər".

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR