Avstraliya Tokio-2020-yə komanda toplaya bilməyəcək

Avstraliya Tokio-2020-yə komanda toplaya bilməyəcək
# 23 mart 2020 10:43 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmaqdan imtina edən Kanadanın ardınca daha bir ölkə yarışda iştirakı mümkünsüz sayıb.

Apasport.az saytının məlumatına görə, Avstraliya Olimpiya Komitəsi koronavirusla bağlı mövcud durumda Olimpiada üçün komanda toplaya bilməyəcəyini açıqlayıb.

“Yaşıl qitə” təmsilçisi yarışın 2021-ci ildə keçirilməsi üçün hazırlaşacaq: “Avstraliya Olimpiya Komitəsi telekonfrans vasitəsilə İcraiyyə Komitəsinin iclasını keçirib. Yekdilliklə qərara alınıb ki, ölkədəki və dünyadakı mövcud şəraitdə komanda toplamaq mümkün deyil. Qurum əsas prinsipləri təsdiqləyib ki, idmançıların sağlamlığı birinci sırada durur. Bizim qərar də bu prinsipi əks etdirir. Birmənalı şəkildə bu Oyunlar iyulda baş tuta bilməz. Bizim idmançılar məşqlərdə və hazırlıqda çox möhtəşəmdirlər. Amma koronavirus pandemiyasının yaratdığı stress və inamsızlıq hazırlığı çox çətin edir”.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR