Azərbaycan boksçularının lisenziya turnirində rəqibləri bəlli olub

Azərbaycan boksçularının lisenziya turnirində rəqibləri bəlli olub
# 14 mart 2020 00:40 (UTC +04:00)

Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, 40 ölkədən 350 idmançının qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

Yığmamızın heyətində 1 boksçu 1/32, 5-i 1/16, digər 5-i 1/8 finaldan mübarizəyə qoşulacaq.

“Copper Box Arena”da keçiriləcək yarışda Tokio-2020 Yay Olimpiya Oyunlarına 77 lisenziya öz sahibini tapacaq. Bunlardan 50-si kişi boksçuların, 27-si qadın idmançıların payına düşəcək.

Kişilərin yarışında 52 kq, 57 kq və 63 kq-da ilk “səkkizlik”də qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaqlar. 69 kq, 75 kq və 81 kq-da “altılıq” lisenziyaya sahib olacaq. Ağır çəkilərdə – 91 kq və +91 kq-da isə “dördlük” Tokio-2020 arzusunu reallaşdıracaq.

Qadın boksçularımızın mübarizə aparacağı 51 kq və 57 kq çəki dərəcələrində “altılıq” lisenziyaya sahib olacaqsa, 75 kq-da isə “dördlük” Olimpiadada iştirakını rəsmiləşdirəcək.

Qeyd edək ki, martın 14-də start götürəcək turnir ayın 24-də başa çatacaq.

Kişilər

14 mart

1/32 final

75 kq

Kamran Şahsuvarlı – Edin Avdiç (Avstriya)

1/16 final

57 kq

Tayfur Əliyev – Bişara Sabbar (İsrail)

15 mart

1/16 final

63 kq

Cavid Çələbiyev – Kiril Rusinov (Bolqarıstan)

91 kq

Rauf Rəhimov – Mücahit İlyas (Türkiyə)

16 mart

1/16 final

69 kq

Lorenzo Sotomayor – Dmitri Qalaqot (Moldova)

1/8 final

52 kq

Rüfət Hüseynov – Kosmin-Petre Girleanu (Rumıniya)

17 mart

1/8 final

81 kq

Alfonso Dominqes – İbrahim Bazuyev (Almaniya)/Stefan Hrekul (Ukrayna)

18 mart

1/8 final

+91 kq

Məhəmməd Abdullayev – Adam Kulik (Polşa)

Qadınlar

1/16 final

14 mart

51 kq

Anaxanım Ağayeva – Tatyana Kob (Ukrayna)

17 mart

1/8 final

57 kq

Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə) / Cenefer Fernandes (İspaniya)

75 kq

Aynur Rzayeva – Yelizaveta Vojçik (Polşa)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR