Azərbaycan boksçusu Avropa Olimpiya Təsnifat Turnirində qələbə qazanıb

Azərbaycan boksçusu Avropa Olimpiya Təsnifat Turnirində qələbə qazanıb
# 16 mart 2020 18:27 (UTC +04:00)

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib.

Apasport.az saytının məlumatına görə, birinci seansda Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Olimpiya mükafatçımız Lorenzo Sotomayor yarışda ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Sotomayor rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

O, 1/8 final görüşünə martın 18-də çıxacaq.

Qeyd edək ki, turnirin üçüncü gününün ikinci seansında daha 3 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynov (52 kq) ilk görüşünə çıxacaqsa, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR