Federasiya prezidenti Rafael Ağayev və İrina Zaretskayanın lisenziyalarının ləğv olunmadığını açıqlayıb

Federasiya prezidenti Rafael Ağayev və İrina Zaretskayanın lisenziyalarının ləğv olunmadığını açıqlayıb
# 22 may 2020 12:28 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan millisinin karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretskaya (+75) ilə bağlı məsələyə aydınlıq gəlib.

Bu barədə apasport.az saytına Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

O bildirib ki, reytinqə əsasən Olimpiadaya vəsiqəni təmin edən idmançılarımızın lisenziyasının ləğv olunmasından söhbət gedə bilməz. Çünki karateçilərimizin tsikl ərzində topladığı bütün xallar qüvvəsində qalır: “Komandamızın hələlik iki lisenziyası var, onlar da gələn ilin mayında elan olunacaq. Rafael Ağayev və İrina Zaretskayanın lisenziyası olduğu kimi qalır, bununla bağlı heç bir dəyişiklik yoxdur. Onların xallarını heç kim silə bilməz. Rafaellə Zaretskaya Olimpiadaya kimi qarşıdakı iki böyük turnirdə iştirak etməsələr belə, heç kim onlara çata bilməz, lisenziyalarını ala bilməz. Sadəcə indi elan etmirlər, bunun üçün gələn ilin may ayını gözləyirlər”.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək karateçilərin müəyyənləşməsi sistemi dəyişdirilib. Azərbaycan idmançıları Rafael Ağayevlə İrina Zaretskayanın Olimpiadaya lisenziyalarının ləğv oluna biləcəyi ehtimal olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR