Məhəmməd Salahı Tokio-2020-yə aparırlar

Məhəmməd Salahı Tokio-2020-yə aparırlar
# 31 yanvar 2020 09:23 (UTC +04:00)

"Liverpul"un hücumçusu Məhəmməd Salah Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

Apasport.az saytının məlumatına görə, bunu Misirin U-23 yığmasnın baş məşqçisi Şavki Qarib deyib.

Çalışdırıcı Olimpiadaya aparmaq istədiyi oyunçuları sırasında Salahın da olduğunu söyləyib: "50 futbolçudan ibarət ilkin siyahını göndərməliyik. Şübhəsiz ki, Məhəmməd Salah siyahıda birinci olacaq".

Ulduz futbolçu Tokio-2020-də iştiraka razılıq versə, "Liverpul"un yay təlim-məşq toplanışını və gələn mövsümün ilk turlarını buraxacaq.

Qeyd edək ki, Olimpiadada futbol yarışları 22 iyul - 8 avqust aralığında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR