NK olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları ilə bağlı qərara dəyişikliyi şərh edib

NK olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları ilə bağlı qərara dəyişikliyi şərh edib
  • Clock-gray 17:11
  • calendar-gray 16 Sentyabr 2020

Nazirlər Kabineti “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərara dəyişiklik edilməsinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qeyd olunan qərarı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri vəzifələrində çalışan əməkdaşların vəzifə funksiyalarının Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin səlahiyyətlərindən daha geniş və əhatəli olduğu nəzərə alınaraq hazırlanıb. Bu dəyişikliyə qədər Gənclər və İdman Nazirliyində çalışan və Olimpiya idman növləri üzrə milli yığma komandalarla məşğul olan əməkdaşlar ştat cədvəlində “baş məşqçi” kimi müəyyənləşdirilib. Bu ifadə, onların federasiyalarda çalışan baş məşqçilərlə eyniləşdirilməsinə səbəb olur, fərqli funksiyalar yerinə yetirən Nazirlik əməkdaşı “baş məşqçi” ilə federasiya əməkdaşı “baş məşqçi”lərin zəruri hallarda fərqləndirilməsinə mane olurdu. Gənclər və İdman Nazirliyinin əməkdaşları olan “baş məşqçi”lər Olimpiya idman növləri üzrə milli yığma komandalarla iş aparır, yerlərdə seleksiya işlərini həyata keçirir, təlim-məşq prosesinin, maddi-texniki bazanın təşkil olunmasına, idmançıların beynəlxalq yarışlara hazırlıq prosesinə nəzarət edir, Nazirliklə idman federasiyaları arasında əlaqəli fəaliyyət göstərir, idmanyönlü təşkilatlarla əlaqələr yaradır və digər işləri yerinə yetirirlər. Bu vəzifədə çalışanların öz iş funksiyalarına uyğunluğunu təmin etmək məqsədilə mövcud Qərarda “baş məşqçi” vəzifə adının “seleksiya üzrə baş mütəxəssis” vəzifə adı ilə əvəz edilməsi məqsədəuyğun hesab edilib. 

Günay Elşadqızı

Digər xəbərlər