Tokio Olimpiyada Oyunları xarici ölkələrdən tamaşaçılar olmadan keçiriləcək

Tokio Olimpiyada Oyunları xarici ölkələrdən tamaşaçılar olmadan keçiriləcək
  • Clock-gray 17:06
  • calendar-gray 20 Mart 2021

Bu il Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiyada Oyunları və Paralimpiada  Oyunları koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən tamaşaçılar olmadan keçiriləcək.

APA-nın məlumatına görə, bu, Beynəlxalq Olimpiyada Komitəsi və Beynəlxalq Paralimpiada Komitəsinin qərarında əksini tapıb.

Videokonfrans formatında keçirilən tədbirdə bildirilib ki, Yaponiya sərhədlərindən kənarda oyunlara bilet alanlarla bağlı vəziyyətə də aydınlıq gətirilməsi üzərində iş aparılır.

Qeyd edək ki, Tokioda Olimpiyada Oyunlarının 2020-i ilin iyul-avqust ayarında keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Oyunlar 2021-ci il 23 iyul—8 avqust tarixləri aralığında keçiriləcək. Eyni zamanda Olimpiyada Oyunlarının “Tokio-2020” adı da saxlanılıb.

apa-logo-mini

Digər xəbərlər