Virus səbəbindən Olimpiya Təsnifat Turniri Çindən alınıb

Virus səbəbindən Olimpiya Təsnifat Turniri Çindən alınıb
# 25 yanvar 2020 10:33 (UTC +04:00)

Boks üzrə Olimpiya Təsnifat Turnirlərinin proqramında dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, Asiya və Okeaniya zonası üzrə turnirin keçirilmə yeri və vaxtı dəyişdirilib.

Yarış Çində deyil, İordaniyada təşkil olunacaq. Turnirin Uxanda keçirilməməsinə səbəb təhlükəli virusun yayılmasıdır. Artıq 26 nəfər bu səbəbdən dünyasını dəyişib.

Fevralın 3-14-də Uxanda təşkil olunması planlaşdırılan yarış martda keçiriləcək. Ammandakı turnir ayın 3-11-də baş tutacaq.

Qeyd edək ki, Asiya və Okeaniya üzrə Olimpiya Təsnifat Turnirində Tokio-2020-yə 63 lisenziya sahibini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR