Yaponiyalı nazir Tokio Olimpiadasının ilin sonuna qədər təxirə salına biləcəyini açıqlayıb

Yaponiyalı nazir Tokio Olimpiadasının ilin sonuna qədər təxirə salına biləcəyini açıqlayıb
  • Clock-gray 13:27
  • calendar-gray 03 Mart 2020

Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus üzündən ilin sonuna qədər təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, bunu Olimpiadanın təşkilinə cavabdeh nazir Seyko Haşimito açıqlayıb.

Sabiq velosipedçi və konkisürən bildirib ki, Yaponiya ilə Beynəlxalq Olimpiya Komitəsi arasında razılıq yarışın təxirə salınmasına imkan verir. Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

Lakin yarış öncəsi baş tutmalı olan test yarışları ləğv edilib. Buna koronavirusun Yaponiyada da yayılması səbəb olub.

Qeyd edək ki, “Gündoğar ölkədə” virusa yoluxanların sayı 980-ə çatıb. 

ApaSport

Digər xəbərlər