Avropa Oyunlarının qalibi: "Güləşib qalib gələndə yaşadığın həzz yoxdur"

Avropa Oyunlarının qalibi: "Güləşib qalib gələndə yaşadığın həzz yoxdur"
# 28 iyun 2019 01:52 (UTC +04:00)

“Öncədən bilirdim ki, final qarşılaşması olmayacaq. Səhər rəqibimi görəndə təəccübləndim ki, o zədələnib”.

APA-nın məlumatına görə, bunu Rusiya yığmasının sərbəst güləşçisi Abdulraşid Sadulayev deyib.

Minsk-2019-da 97 kq çəki dərəcəsində qızıl medal qazanan rusiyalı finaldakı rəqibi Azərbaycan güləşçisi Nurməhəmməd Hacıyevin zədə səbəbindən həlledici qarşılaşmaya çıxmamasına münasibət bildirib. Avropa Oyunları tarixində ikiqat çempion olan yeganə kişi güləşçi qələbəsiz çempionluğa sevinə bilmədiyini etiraf edib: “Mən onu görəndə axsayırdı. O dedi ki, finalda çıxış edə bilməyəcək və məni qələbə münasibətilə təbrik etdi. Bu səviyyəli yarışların finalında ilk dəfə belə halla üzləşirəm. Emosiyalarım yoxdur. Güləşib qalib gələndə yaşadığın həzz yoxdur. Finalda güləşmək istəyirdim. Mən bu rəqiblə dəfələrlə görüşmüşəm. O, əla güləşçi, mübariz oğlandır. Əminəm ki, yaxşı mübarizə aparardıq və oradakı qələbə daha dəyərli olardı”.

A.Sadulayev Avropa Oyunlarını digər yarışlarla müqayisə edib: “İndi çıxış etdiyim çəkidə dünya və Avropa çempionu olmuşam, Olimpiya Oyunlarında isə yox. Olimpiadada qalib gəlmək istəyirəm. Avropa Oyunları bu siyahıda dördüncüdür”.

Qeyd edək ki, A.Sadulayev 86 kq çəkidə Olimpiya, iki dəfə dünya, bir dəfə Avropa çempionu olub. O, 92 kq çəkidə Avropa, 97 kq-da dünya və qitə çempionu olub. Avropa Oyunlarında isə dörd il öncə 86 kq, indi isə 97 kq çəkidə qalib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR