Azad Rəhimov: “Çox istərdik ki, Azərbaycan Festivalda medal sayına görə “beşlik”dən aşağı olmasın”

Azad Rəhimov: “Çox istərdik ki, Azərbaycan Festivalda medal sayına görə “beşlik”dən aşağı olmasın”
# 26 iyul 2019 10:53 (UTC +04:00)

"Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalından çoxlu sayda medal gözləyirik".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, bəzi idman növlərinə böyük ümid bəsləyir: "Bakı-2019-da daha çox idman növlərində medallar qazanaq istəyərdik. Festivalın sonuna 2 gün qalıb. Milli komandamız medal sayına görə 2-ci yerdədir. Çox istərdik ki, Azərbaycan yarışın sonuna qədər medal sayına görə “beşlik”dən aşağı olmasın".

Qeyd edək ki, Azərbaycan yığması Bakı-2019-un arxada qalan 5 günündə 9 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR