
- apa.az
- Olimpiada
Azad Rəhimov: “Oyunlara demək olar ki, tam hazırıq”
Bu gün Milli Olimpiya Komitəsində iyul 21-də Bakıda başlayacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib.
Azərbaycan Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, toplantıda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və Təşkilat Komitəsinin üzvləri iştirak ediblər.
Yığıncağa eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və Əlaqələndirmə Komissiyasının üzvləri, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir, Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç, AOK-un idman şöbəsinin rəhbəri Piter Brül və AOK-un Antidopinq Komissiyasının İdarə Heyətinin üzvü Haydar Demirel qatılıblar.
Nazir Avropa ölkələrinin nümayəndə heyətləri rəhbərləri Bakıda salamlayaraq deyib ki, Azərbaycan Festivala tam hazırdır: “İnanmaq çətindir ki, düz bir il bundan əvvəl, biz sizinlə 15-ci Avropa Olimpiya Gənclər Festivalı ilə bağlı ilk müzakirələri aparırdıq. Bu gün artıq yarışların başlamasına 40 gün qalır. Əminliklə, ötən müddət ərzində hazırlıqla bağlı çox böyük işlərin görüldüyünü deyə bilərəm. Biz Oyunlara demək olar ki, tam hazırıq. Bu gün sizinlə bir daha görülmüş işlərə nəzər salacaq və ətraflı fikir mübadiləsi aparacağıq”.
Toplantı zamanı “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Əməliyyat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, statistikası, risklərin idarə edilməsi, marketinq kampaniyaları, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.
Əməliyyat Komitəsinin gördüyü hazırlıq işləri ilə tanış olaraq, Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki deyib: “Bakının qarşıdakı festivala hazırlığını son dəfə dəyərləndirib əminliklə deyə bilərik ki, paytaxt bu cür mötəbər yarışı qəbul etməyə hazırdır. Biz əminik ki, idmançılar və azarkeşlər yarışmaların mükəmməl təşkilatından razı qalacaq”.
Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Festivalın açılış və bağlanış mərasimlərinin keçiriləcəyi “Bakı Kristal Zalı”nda olan son hazırlıq işləri ilə də tanış olublar.
Qeyd edək ki, bu Əlaqələndirmə Komissiyasının sayca artıq üçüncü toplantısıdır, birinci toplantı 2018-ci ilin iyul ayında, ikinci isə 2019-cu ilin yanvar ayında baş tutub.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Digər xəbərlər
XƏBƏR LENTİ
İmişlidə piyadanın ölümü ilə nəticələnən avtoqəza olub
Türkiyənin Balıkəsir vilayətində 4,9 bal gücündə zəlzələ olub
ABŞ-da silahlı insident zamanı biri polis olmaqla 4 nəfər öldürülüb
“Qalatasaray” Çempionlar Liqasında PSJ-nin qonağı olacaq
Çempionlar Liqası: 1/8 finalın daha 4 iştirakçısı müəyyənləşib
Pompeo və Lavrov bir sıra beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar - YENİLƏNİB
Donald Tramp Ağ Evdə Sergey Lavrovla görüşüb
Bakıda qayda pozan motosiklet sürücüsü qəza törədərək xəsarət alıb - FOTO
Azərbaycan xalçası üzərində ABŞ-Rusiya münasibətləri - FOTO
Bakıda 43 yaşlı kişi döyülərək ağır xəsarət alıb
Ərdoğan: “Yeni nəsil Axısqa türklərinin doğma torpaqlarına qayıtmaları üçün hər bir dəstək verəcəyik”
“Liverpul”la “Napoli” 1/8 finalda, “Zalsburq”un gücü sensasiyaya çatmayıb
Bakıda 2 avtomobil toqquşub, sürücü ağır xəsarət alıb
Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb
Bakıda 43 yaşlı kişi mübahisə zamanı bıçaqlanıb
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb - HADİSƏ ANI - VİDEO
Sumqayıtda yol çöküb - FOTO
Azərbaycan Konqreslər Bürosu “Səfirlər proqramı”nı ictimaiyyətə təqdim edib - FOTOSESSİYA
Yevlaxda iki "VAZ" toqquşub, xəsarət alanlar var
Britaniya səfiri Şəkiyə səfər edib - FOTO
Gəncədə 46 yaşlı kişini avtomaşın vurub - FOTO
Bakıda qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa təqdim olunub
Gəncə sakini əməliyyat zamanı ölüb
Konstitusiya Məhkəməsi başqasının yerinə imtahan vermək istəyənlərin hüquqi məsuliyyətinə aydınlıq gətirib
Asmir Beqoviç: “Qarabağ”a oyun praktikası qazanmaq üçün gəlmişdim”
Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə üçün ATƏT/DTİHB və ATƏT PA-ya dəvət göndərilib
MTRŞ: 102 FM tezliyi dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil, heç zaman satışa çıxarılmayıb
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub - YENİLƏNİB
"Azercell" Nəsiminin qəzəllərini səsləndirilərək "Bookmate"ə daxil edib - VİDEO
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
Hüseyn Abdullayevin məhkəməsi davam edib
Alessandro Frakassetti: "Azərbaycanın 9 universitetində BMT modeli klubları yaradılıb"
BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
Vasif Talıbov Ordubadda icbari tibbi sığortanın tətbiqi ilə bağlı sərəncam imzalayıb
"Rabitəbank" Yeni il kampaniyasına start verib
Dolların sabahkı məzənnəsi açıqlanıb
Elmar Məmmədyarov Latviyaya səfər edəcək
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq
Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
BMT rəsmisi: "Milli parkların daha yaxşı idarə edilməsi üçün yeni layihə hazırlanır"
Mirşahin Ağayev: “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur” - VİDEO
Ərdoğan: “Tramp və Putinlə gizli agentləri olmadan əməkdaşlıq edirik”
II Dünya müharibəsində həlak olan azərbaycanlı əsgər Bryansk fəxri xiyabanında dəfn olunub - REPORTAJ
Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibi dəyişib
Nobel Sülh Mükafatı təqdim edilib
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
Televiziyada reklam satışları bu il 4% azalacaq - PROQNOZ
AZAL: Yeni təyyarələrin alınması prosesi 2029-cu ilədək davam edə bilər
Azərbaycan tələbə-könüllülərinin forumu keçirilib
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib

VİDEO XƏBƏRLƏR


"Azercell" Nəsiminin qəzəllərini səsləndirilərək "Bookmate"ə daxil edib - VİDEO

Mirşahin Ağayev: “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur” - VİDEO

“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

Məşhur parfümer Bakıda master-klass keçib - FOTO - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadılıb
İsi Məlikzadənin hərbçi nəvəsi vəfat edib - RƏSMİ