Minsk-2019: Azərbaycan boksçusu erməni rəqibini məğlub edib 

Minsk-2019: Azərbaycan boksçusu erməni rəqibini məğlub edib 
# 22 iyun 2019 15:37 (UTC +04:00)

Azərbaycan yığmasının daha bir boksçusu Belarusda keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Lorenzo Sotomayor (69 kq) 1/16 final görüşünü keçirib. Olimpiya mükafatçımız Qurqen Madoyanla (Ermənistan) üz-üzə gəlib. Boksçumuz erməni rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0.

Qeyd edək ki, L.Sotomayor 1/8 finalda Maqomed Şaçidova (Almaniya) 3:2 hesabı ilə qalib gələn Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR