Azərbaycan boksçusu: "Hədəfim yenə Avropa Oyunlarının çempionu olmaqdır"

Azərbaycan boksçusu: "Hədəfim yenə Avropa Oyunlarının çempionu olmaqdır"
# 22 iyun 2019 19:21 (UTC +04:00)

"Yarışa yaxşı hazırlaşmışıq. Mən də yaxşı formadayam. Məqsədim çıxışımı uğurla başa vurmaqdır".

Bunu APA-nın Minskə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan çempionu Lorenzo Sotomayor deyib.

69 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Minsk-2019-a qələbə ilə başlayıb. O, 1/16 final çərçivəsində ermənistanlı Qurqen Madoyana 5:0 hesabı ilə qalib gəlib.

L. Sotomayor bildirib ki, rəqibi üzərində inamlı qələbəsində məşqçilər korpusunun da lazımı tövsiyələri rol oynayıb: "İlk qarşılaşma bir qədər çətin olur. Mən də rəqibimi kifayət qədər analiz etmişdim. Bu cəhətdən də görüşdə ciddi çətinlik çəkmədim. Məqsədim erməniyə qalib gəlmək idi və 5:0 hesabı ilə qələbə qazandım".

Boksçumuz 1/8 finalda Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək. L. Sotomayorun sözlərinə görə, məqsədi tək bu görüşdə deyil, bütün qarşılaşmalarda qalib olmaqdır: "Növbəti görüşdəki rəqibimi demək olar ki, tanımıram. Amma döyüşünə baxdım. Ona da qalib gəlmək istəyirəm. Hədəfim Bakı-2015-də olduğu kimi, yenə Avropa Oyunlarının çempionu olmaqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR