Azərbaycan gimnastı Universiadada ikinci yeri tutub - FOTO

Azərbaycan gimnastı Universiadada ikinci yeri tutub - FOTO
# 12 iyul 2019 20:34 (UTC +04:00)

Azərbaycan millisi İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında daha bir medal qazanıb.

APA-nın məlumatına görə, bədii gimnastımız Zöhrə Ağamirova çıxışını ikinci pillədə bitirib.

Çoxnövçülükdə gümüş medala sahib olan idmançımız ayrı-ayrı hərəkətlər üzrə finallarda da mübarizə aparacaq.

Qeyd edək ki, Z. Ağamirovadan öncə atlet Nazim Babayev, idman gimnastı Marina Nekrasova qızıl, cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında Azərbaycan millisi və taekvondoçu Patimat Abakarova (53 kq) bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR