Azərbaycan gimnastı Universiadada qızıl medal qazanıb

Azərbaycan gimnastı Universiadada qızıl medal qazanıb
  • Clock-gray 15:12
  • calendar-gray 07 İyul 2019

Azərbaycan millisi İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ilk qızıl medalına sahib olub. 

APA-nın məlumatına görə, yığmanın heyətində idman gimnastı Marina Nekrasova çempionluq sevinci yaşayıb. 

O, dayaqla tullanma hərəkətlərində hakimlərdən 14,000 xal alıb və bu, birinci olması üçün kifayət edib. Gimnast ən yaxın izləyicisi olan rusiyalı rəqibi Liliya Axaimovanı 0,025 xal qabaqlayıb. 

Bu, komandamızın Neapolda ikinci medalı olub. M. Nekrasovadan öncə cüdoçu Hidayət Heydərov (73 kq) Universiadanı ikinci pillədə bitirib. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date