Azərbaycanın daha bir paralimpiyaçısı Tokio-2020-yə vəsiqə qazanıb

Azərbaycanın daha bir paralimpiyaçısı Tokio-2020-yə vəsiqə qazanıb
  • Clock-gray 19:49
  • calendar-gray 09 Noyabr 2019

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına 6-cı lisenziya qazanıb.

APA-nın məlumatına görə, bu uğura paraatlet Samir Nəbiyev nail olub.

O, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının F57 kateqoriyasında nüvəitələmə yarışında 14.06 m nəticə göstərərək, dördüncü yeri tutub. Bu nəticə həmyerlimizə Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya verib. 

Mundual noyabrın 15-də bitəcək.

Qeyd edək ki, S. Nəbiyevdən öncə Kamil Əliyev (paraatlet), Kamran Zeynalov, Yelena Taranova (hər ikisi paraatıcı), Elşən Hüseynov (parapauerliftinq) və Roman Saley (paraüzgüçü) də Tokio-2020-yə lisenziyaya yiyələniblər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date