Azərbaycanlı güllə atıcısı Avropa çempionu olub

Azərbaycanlı güllə atıcısı Avropa çempionu olub
  • Clock-gray 15:14
  • calendar-gray 24 Sentyabr 2019

Azərbaycan millisinin güllə atıcısı Ruslan Lunyov İtaliyanın Boloniya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 

APA-nın məlumatına görə, İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi bu uğura 25 m məsafədən atəşaçma növündə imza atıb. 

O, gərgin keçən mübarizədə Pavel Krostlyovu (Ukrayna) əlavə göstəricilərdə üstələyib. Hər iki idmançı 587 xal tolasa da, “onluğ”a düşmə sayında həmyerlimiz üstün olub. R. Lunyov 25, ukraynalı 22 dəfə hədəfin mərkəzinə nişan alıb. Üçüncü yeri isə Kristian Reyts (Almaniya) qazanıb – 583 xal. 

Qeyd edək ki, Avropa çempionatındakı uğurlu çıxış R. Lunyova Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb. Bu, Azərbaycan millisinin Olimpiadaya 7-ci vəsiqəsi olub. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date