Bakı-2019: Azərbaycan atleti bürünc medalın bir addımlığında qalıb

Bakı-2019: Azərbaycan atleti bürünc medalın bir addımlığında qalıb
# 26 iyul 2019 21:17 (UTC +04:00)

Avropa Gənclər Yay Olimpiya Festivalında atletika yarışları davam edir.

APA-nın məlumatına görə, bu gün Azərbaycan yığmasının üzvləri də medallar uğrunda mübarizə aparıblar.

Disk atan oğlanların təsnifat yarışında mübarizə aparan Yusif Nəzərov 48,41 m nəticə göstərib. 17 idmançı arasında 15-ci olan təmsilçimiz finala yüksələ bilməyib.

Sabrina Jralova atletika millimizə ilk medalı qazandırmağa yaxın olub. Qızların üçtəkanla tullanma mübarizəsində finalda çıxış edən idmançımız 12,75 m göstəriciyə nail olub. O, yarışı 4-cü pillədə başa vurub. Atletimiz bürünc medalçıdan 23 sm geri qalıb.

Həm oğlanlardan, həm qızlardan ibarət yığmamız 4x200 m məsafəyə estafet qaçışında ilk mərhələdə qüvvəsini sınayıb. Aleksey Ələkbərov, Əli Abdıyev, Əlham Nağıyev və Teymur Salahzadədən ibarət komandamız 1 dəqiqə 58,41 saniyə nəticə göstərib. 10-cu yeri tutan oğlanlar final mərhələsinə yüksələ bilməyiblər.

Fəxriyyə Tağızadə, Bibixanım Qəmbərova, Nika Məmmədova və Lamiyə Vəliyevadan ibarət komanda isə daha uğursuz çıxış edib. 2 dəqiqə 20,66 saniyə nəticəyə imza atan yığmamız finişə çatmayan Serbiyanı saymasaq, 18 iştirakçı arasında sonuncu olub.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR