Bakı-2019: Azərbaycan atleti 16-cı yeri tutub - YENİLƏNİB

Bakı-2019: Azərbaycan atleti 16-cı yeri tutub - YENİLƏNİB
# 24 iyul 2019 22:26 (UTC +04:00)

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında daha bir Azərbaycan atleti mübarizəyə qoşulub.

APA-nın məlumatına görə, Aydın Bədəlov atletikanın hündürlüyə tullanma növündə qüvvəsini sınayıb.

O, təsnifat mərhələsində bacarığını nümayiş etdirib. 1,79 m hündürlüyün öhdəsindən gələn atlet 18 iştirakçı arasında 16-cı olub. Bu, idmançımıza mübarizəni finalda davam etdirmək imkanı verməyib.

Qeyd edək ki, həlledici raunda 12 atlet yüksəlib.

***

Saat. 11:09

XV Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışları davam edir.

APA-nın məlumatına görə, bu gün səhər sessiyasında Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulub.

Qızların üçtəkanla tullanma yarışında Sabrina Jralova təsnifat mərhələsində qüvvəsinə sınayıb. B qrupunda çıxış edən atlet 12,23 m tullanıb. 16 yaşlı təmsilçimiz 9-cu yeri tutaraq final mərhələsinə yüksəlib. Həlledici raund iyulun 26-da keçiriləcək və saat 18:10-da start götürəcək.

Qaçış zolağına çıxan iki təmsilçimiz isə mübarizəni dayandırıb. Lamiyə Vəliyeva qızların 200 m məsafəyə qaçışında I mərhələdə qüvvəsini sınayıb. 25,06 saniyə göstəriciyə imza atan atletimiz 20 iştirakçı arasında 14-cü yeri tutub.

Oğlanların eyni məsafəyə qaçışında isə ölkəmizi Əli Abdıyev təmsil edib. O, I mərhələni 22,63 saniyəyə qaçıb. Atletimiz 19 iştirakçı arasında 14-cü yeri tutub.

Qeyd edək ki, bu gün daha bir idmançımız azarkeşlər önünə çıxacaq. Aydın Bədəlov oğlanların hündürlüyə tullanma yarışında təsnifat mərhələsinin B qrupunda çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR